Azərbaycanlı milyarder İranda biznesə girişir

Azərbaycanlı milyarder İranda biznesə girişir
  25 Yanvar 2016    Oxunub:3622
Azərbaycanlı biznesmen Vahid Ələkbərova məxsus "Lukoyl" şirkəti İranla karbohidrogen yataqlarının axtarışı üzrə 6 milyon dollar məbləğində saziş bağlayıb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə İran Milli Neft Şirkətinin (NIOC) Neft yataqlarının kəşfiyyatı şöbəsinin müdiri Hörmüz Kalavand məlumat verib.

Kalavandın sözlərinə görə, kəşfiyyat işləri Daşte Abadan yatağı ərazisində və Fars körfəzinin şimal hissəsində yerləşən Xuzistan əyalətində aparılacaq.

Məlumatda qeyd olunur ki, "Lukoyl" tədqiqatla bağlı bütün xərcləri öz üzərinə götürüb və layihələr üzərində iş artıq başlanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti