`Eurovision-2016`dakı rəqiblərimiz bilindi

`Eurovision-2016`dakı rəqiblərimiz bilindi
  25 Yanvar 2016    Oxunub:3086
Azərbaycan təmsilçisi `Eurovision-2016` musiqi yarışmasında ilk yarımfinalda çıxış edəcək.
AzVision.az xəbər verir ki, bu gün İsveçin paytaxtı Stokholmda müsabiqənin püşkatma mərasimi keçirilib.

Reqlamentə əsasən müsabiqənin ilk yarımfinalı mayın-10, ikinci yarımfinalı mayın 12-i, final mərhələsi isə mayın 14-də keçiriləcək.

Azərbaycanla yanaşı ilk yarımfinal günündə `Qloben` səhnəsinə Xorvatiya, Finlandiya, Moldova, Ermənistan, Yunanıstan, Macarıstan, Niderland, San-Marino, Rusiya, Kipr, Malta, Bosniya və Herzoqavina, Estoniya, Çexiya, Montenoqro, İslandiya və Avstriya təmsilçiləri də çıxış edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti