Erməni deputat AŞPA-nın vitse-prezidenti seçildi

Erməni deputat AŞPA-nın vitse-prezidenti seçildi
  25 Yanvar 2016    Oxunub:2914
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bugünkü plenar iclasında qurumun vitse-prezidentləri də seçilib.
AzVision.az xəbər verir ki, AŞPA-da 20 vitse-prezident vəzifəsi rotasiya qaydasında tutulur və onlar bir il müddətinə seçilirlər. Bu dəfə seçilən vitse-prezidentlər arasında Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, bu ölkənin Milli Məclisinin vitse-spikeri Ermine Naqdalyan da var.

AŞPA-nın rəsmi saytında yerləşdirilən məlumata əsasən aşağıdakı şəxslər AŞPA-nın vitse-prezidenti seçilib: Vlodzimej Bernatskiy (Polşa), Aksel Fişer ( Almaniya), Rocer Qeyl (Birləşmiş Krallıq), Adel Hambaro (İtaliya),Mariya Qusenina (Finlandiya), Tedo Caparidze (Gürcüstan), Maykl Aastrap Censen (Danimarka), Anneta Kavvadiya (Yunanıstan), Talip Küçükcan (Türkiyə), Meritcel Mateu (Andorra), Ermine Naqdalyan (Ermənistan),Zsolt Nemeet (Macarıstan), Aleksandr Nikoloski (Makedoniya), Ria Oomen-Ruyten (Hollandiya), Rene Ruke (Fransa), İnqerd Şu (Noveç). Albaniya, İspaniya, Moldova və Rusiya nümayəndəlikləri üzrə vitse-prezident vəzifələri boş qalıb.

Bu dəfə seçilən vitse-prezidentlər arasında Azərbaycandan olan parlamentar yoxdur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti