Perinçek Amal Kluniyə görə Xədicəni qınadı

Perinçek Amal Kluniyə görə Xədicəni qınadı
  26 Yanvar 2016    Oxunub:4461
`Amal Kluni ilə əməkdaşlıq yolverilməzdir. Şəxsən mən heç bir vəchlə hüquqlarımın Amal Kluni kimi insan tərəfindən qorunmasına razı olmazdım`.

Türk siyasətçi Doğu Perinçek haqqın.az saytına verdiyi şərhdə Xədicə İsmayılovanın hüquqlarının Avropa İnsan Hüquqları Məhkəməsində Hollivud aktyoru Corc Kluninin arvadı vəkil Amal Kluni tərəfindən qorunmasına razılıq verməsinə bu cür kəskin münasibət bildirib.

Yeri gəlmişkən, Amal Kluni Avropa İnsan Hüquqları Məhkəməsindəki (AİHM) `Perinçek İsveçrəyə qarşı` məhkəmə prosesində Ermənistanın müdafiəçisi kimi çıxış etmişdi.

Xatırladaq ki, həmin prosesdə qazanan tərəf Perinçek olmuşdu. Siyasətçi şübhə etmir ki, Kluni X.İsmayılova üçün uğurlu seçim deyil.

`Birincisi, Amal Kluni uğursuz insandır və bunu AİHM-dəki proses də göstərdi. İkincisi, o, türk dünyasının düşmənidir və türkün onunla iş birliyi yolverilməzdir. Bütöv bir Azərbaycanda azərbaycanlı jurnalist üçün normal bir vəkil tapılmadı? Əgər mənim mövqeyimi bilmək istəyirsinizsə, hesab edirəm ki, Xədicə İsmayılova belə müdafiəçinin xidmətlərindən imtina etməlidir`, - Doğu Perinçek belə deyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti