İran üçün yeni dövr başlayır - 17 müqavilə imzalandı

İran üçün yeni dövr başlayır - 17 müqavilə imzalandı
  26 Yanvar 2016    Oxunub:2062
İtaliya ilə İran arasında 17 müqavilə imzalanıb.
Anadolu agentliyinin yaydığı məlumata görə, İrana tətbiq olunan embarqoların rəsmən ötən həftə götürülməsinin ardından Qərb ölkələri arasında ilk səfərini İtaliyaya edən İran İslam Respublikasının Prezidenti Həsən Ruhani İtaliyanın Baş naziri Matteo Renzi ilə bir araya gəlib.

Təkbətək görüşdən sonra liderlər hər iki ölkə arasında ticarət və iqtisadi baxımdan yeni bir dövrü başladan 17 müqavilənin imzalanması mərasimində iştirak edib. Renzi və Ruhaninin qatıldığı imza mərasimində, İtaliya ilə İran arasında 7-si dövlətlərarası, 10-u da təşkilati olmaq üzrə 17 ikitərəfli razılaşma ilə bağlı sənədlərə hər iki ölkəni təmsil edən nazir, nazir müavini və qurum nümayəndələri imza atıb.

İmzalanan müqavilələr İranda dəmir yolu xətlərinin İtalyan şirkətləri tərəfindən yenidən qurulması, səhiyyə və əczaçılıq sektorunun inkişafı, eləcə də enerji sahəsinə və digər məsələlərdə əməkdaşlığın genişləndirilməsini əhatə edir.


Teqlər:  





Xəbər lenti