Proqnoz dəyişdi: neft 37 dollar olacaq

Proqnoz dəyişdi: neft 37 dollar olacaq
  27 Yanvar 2016    Oxunub:3033
Dünya Bankı bu il ərzində neftin 1 barelinin orta qiyməti üzrə proqnozunu 37 dollaradək endirib.
AzVision.az verir ki, bu barədə bankın rəsmi saytında yerləşdirilən hesabatında bildirilir. Dünya Bankının daha əvvəl açıqladığı proqnozda bu rəqəm 51 dollar təşkil edib.

Proqnozun kəskin dəyişməsinə səbəb İran neftinin bazara daxil olması, xərcləri azaldan və effektivliyini artıran ABŞ istehsalçılarının dayanıqlılığının artmasıdır.

Bununla yanaşı, proqnoza inkişaf etməkdə olan ölkələrdə iqtisadi inkişaf perspektivlərinin zəif olması da təsir edib.

“Neftin qiymətinin ucuzlaşması hələ bir müddət davam edəcək”, - Dünya Bankının baş iqtisatçısı Con Baffer deyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti