İrəvanda qanlı atışma - Yaralılar var

İrəvanda qanlı atışma - Yaralılar var
  27 Yanvar 2016    Oxunub:2804
Ermənistanın paytaxtı İrəvanda iki nəfərin yaralanması ilə nəticələnən atışma baş verib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir, ki hadisə ötən gün qeydə alınıb.

Atışma nəticəsində iki nəfər yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralıların kimliyi müəyyən edilib. Onlar 36 yaşlı Sergey G və 46 yaşlı Artur T-dır.

Hazırda Ermənistan polisi faktla bağlı araşdırmalara başlayıb. Zərərçəkənlərə xəsarət yetirən şəxsin axtarışları davam edir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti