Nalbandyan Əliyev-Sarkisyan görüşündən danışdı

Nalbandyan Əliyev-Sarkisyan görüşündən danışdı
  27 Yanvar 2016    Oxunub:2765
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstanda böhran məsələləri üzrə xüsusi nümayəndəsi Herbert Salberlə görüşüb.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, Nalbandyan ötən ay İsveçrədə baş tutan Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün nəticəsi barədə Aİ rəsmisini məlumatlandırıb.

Salber münaqişənin sülh yolu ilə həllinə dair ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəklədiklərini bildirib.

Ermənistan XİN rəhbəri və Aİ-nin xüsusi nümayəndəsi Cənubi Qafqaz və yaxın regionlarda baş verən proseslərə dair fikir mübadiləsi də aparıblar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti