Xəzərin statusu ilə bağlı 43-cü iclas

Xəzərin statusu ilə bağlı 43-cü iclas
  27 Yanvar 2016    Oxunub:1705
Aşqabadda Xəzər dənizinin hüquqi statusuna dair işçi qrupun 43-cü iclası öz işinə başlayıb.
AzVision.azTürkmənistan Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan, Rusiya, İran və Qazaxıstan xarici işlər nazirlərinin müavinləri iştirak edir.

Azərbaycanı görüşdə xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.

Görüşdə məqsəd Xəzərin hüquqi statusuna dair Konvensiya ilə bağlı müzakirələrin davam etdirilməsidir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti