Rusların Bakıda bir günlük istirahəti - 3 min rubl

Rusların Bakıda bir günlük istirahəti - 3 min rubl
  28 Yanvar 2016    Oxunub:3704
Ruslar paytaxtımızda bir sutka üçün üç min rubldan çox ödəməyə hazırdırlar.
“Travel.ru” turizm xidməti 2016-cı ildə rusiyalı turistlərin MDB ölkələrində və yaxın xaricdə ən populyar turist istiqamətlərini müəyyən edib.

Oxu.Az xəbər verir ki, reytinq 2016-cı il fevralın 1-dən dekabrın 31-dək rusiyalıların qalmaq üçün otel sifarişi məlumatları əsasında hazırlanıb.

“Ötən il müstəqil səyahət edən turistlərin MDB ölkələrinə səfərlərinin sayı artıb. Bakı isə rusiyalı turistlərin MDB-də 5 ən populyar beşliyinə daxildir”, - saytın kommunikasiya üzrə direktoru Yakov Sadçikov deyib.

Rusiyalılar bu il Bakıya səyahətlərində orta hesabla dörd gün müddətinə otel nömrəsi sifariş edir və bir sutka üçün üç min rubldan çox ödəməyə hazırdırlar.

Nəşrin məlumatına görə, rusiyalı turistlərin MDB ölkələrində ən populyar turist istiqamətlərinin ilk onluğuna Minsk, Tiflis, Yerevan, Bakı, Kiyev, Alma-Ata, Daşkənd, Astana və Vitebsk şəhərləri daxildir.


Teqlər:





Xəbər lenti