Azərbaycana 4 milyard pul ayrılır
AzVision.az xəbər verir ki, bu barədə məlumatı “Financial Times” qəzeti yayıb. Bildirilib ki, hökümətin müraciəti əsasında “potensial texniki yardım” məsələsini müzakirə etmək üçün Fondun və Dünya Bankının nümayəndə heyətləri yanvarın 28-dən fevralın 4-ə kimi Bakıda görüşlər keçirəcək.
Bu iki iri maliyyə institutundan savayı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və digər qurumların da Bakıya nümayəndələrini göndərəcəyi qeyd edilib.
İlkin Nəcəfzadə