Vahid Ələkbərov: Benzin 10% bahalaşacaq

Vahid Ələkbərov: Benzin 10% bahalaşacaq
  28 Yanvar 2016    Oxunub:7663
2016-cı ildə Rusiyada benzinin pərakəndə satış qiyməti 10 faizdən çox qalxmayacaq.
AzVision.az xəbər verir ki, bu barədə `Lukoyl` şirkətinin rəhbəri, azərbaycanlı milyarder Vahid Ələkbərov `Rossiya 24`-ə müsahibəsi zamanı bildirib.

“Neftin qiymətinin benzinin qiymətinə demək olar ki təsiri yoxdur”, - deyə biznesmen bildirib. O, əlavə edib ki, yanacağın qiymətinə infliyasiya parametrləri də təsir edə bilər.

Ələkbərov xatırladıb ki, yanvarın birindən yol fondunun gəlirlərinin artırılması məqsədilə aksiz dərəcələri artırılıb: “Neft şirkətləri bu aksiz göstəricini cari qiymətlərə əlavə etməyiblər`.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti