Azərbaycandan Rusiyaya pul aparan biznesmen tutuldu

Azərbaycandan Rusiyaya pul aparan biznesmen tutuldu
  28 Yanvar 2016    Oxunub:3494
Prikamya (Rusiya) məhkəmə pristavları əslən Azərbaycandan olan krasnokamsklı sahibkardan 6,15 milyon rubl və 130 min dollar müsadirə ediblər.
AzVision.az Rusiya KİV-inə istinadən xəbər verir ki, Azərbaycanlı biznesmen Rusiyaya gələn zaman Perm hava limanında qaçaqmalçılıq yolu ilə gömrük bəyannaməsində göstərilməyən pulları keçirmək istəyib.

Lakin gömrük işçiləri bu faktı aşkarlayıb və maliyyə vəsaiti müsadirə olunub. Həmyerlimizə qanunla sərhəddən keçirilməsinə icazə verilən 10 min dollar qaytarılıb.

Külli miqdarda pul vəsaitinin qaçaqmalçılığı üzrə cinayət işi açılıb. Lakin istintaq zamanı "amnistiya" barədə qanuna əsasən iş dayandırılıb. Müsadirə olunmuş pullar dövlətin büdcəsinə köçürülüb. Bu qərardan narazı qalan azərbaycanlı məhkəməyə apellyasiya şikayəti versə də, məhkəmə bu şikayəti təmin etməyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti