Rusiyadan Azərbaycana qarşı Qarabağ təxribatı

Rusiyadan Azərbaycana qarşı Qarabağ təxribatı
  30 Yanvar 2016    Oxunub:3165
Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalı “Zvezda” reportajlarından birində Dağlıq Qarabağı müstəqil respublika kimi təqdim edib.

AzVision.az APA-ya istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin yaranmasının 24-cü ildönümünə həsr olunmuş, telekanalın saytında yanvarın 28-də yerləşdirilmiş məlumatda Ermənistan prezidenti Serj Sarkisyanın və Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın “Erablur” hərbi panteonunu ziyarət etdiyi bildirilib, B. Saakyan "Artsax"ın - "Dağlıq Qarabağ Respublikası"nın rəhbəri kimi təqdim olunub.

Xatırladaq ki, “Zvezda” media qrupuna məxsus “Zvezda” kanalı Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalıdır.


Teqlər:  





Xəbər lenti