Türkiyədə üç azərbaycanlının başını kəsdilər

Türkiyədə üç azərbaycanlının başını kəsdilər
  30 Yanvar 2016    Oxunub:10284
Türkiyədə dəhşətli qətl hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, hadisə ölkənin Düzce vilayətində qeydə alınıb. Yaşayış evlərindən birində Gürcüstan vətəndaşı olan 3 azərbaycanlının boğazı kəsilmiş halda meyitləri aşkarlanıb.

Onların 56 yaşlı Ema Şaripova, bacısı 50 yaşlı Elnas Şaripova və nəvəsi Sahib Şaripova olduğu məlum olub.

Düzce sakini Sərvət Öztürk boşandığı həyat yoldaşı Ema Şaripovadan 3 gündür xəbər ala bilmədiyi üçün onun yaşadığı evə yollanıb. O, evə daxil olan zaman bir otaqda Ema və Elnas, digər otaqda isə 19 yaşlı Sahib Şaripovların cəsədi ilə qarşılaşıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  



Xəbər lenti