Baş nazir hakim partiyaya üzv oldu

Baş nazir hakim partiyaya üzv oldu
  31 Yanvar 2016    Oxunub:1791
Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasına üzv olub.
Bu barədə qərar partiyanın siyasi şurasının yanvarın 30-da keçirilmiş iclasında qəbul edilib.

Bildirilib ki, Baş nazir partiyaya üzv olmaq üçün siyasi şuraya müraciət edib.

Qeyd edək ki, G.Kvirikaşvili bu günədək heç bir partiyanın üzvü olmayıb.

İrakli Qaribaşvili ötən il dekabrın 23-də Baş nazir vəzifəsindən istefa verdikdən sonra hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının sədri vəzifəsi də boş qalıb. Partiyanın sədri bu ilin yazında keçiriləcək qurultayda seçiləcək. Hələlik partiyaya rəhbərlik siyasi şura tərəfindən həyata keçirilir. (Azərtac)


Teqlər:





Xəbər lenti