Türkiyədə başı kəsilən azərbaycanlılarla bağlı yeni məlumat

Türkiyədə başı kəsilən azərbaycanlılarla bağlı yeni məlumat
  31 Yanvar 2016    Oxunub:3288
Türkiyənin Düzcə bölgəsində başı kəsilən üç azərbaycanlı Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli rayon sakinləridir.
APA-nın məlumatına görə, iki bacı - 56 yaşlı Emma və 46 yaşlı Elnaz Şərifovaları, həmçinin onlardan birinin 19 yaşlı nəvəsi Sahib Şərifovun cəsədləri yaxın günlərdə Marneuliyə gətiriləcək.

Hazırda öldürülən şəxslər haqqında Marneulidə də müxtəlif versiyalar dolaşmaqdadır. Sahib Şərifovun atasının məlumatına görə, onun oğlu Türkiyədə kababçı işləyib. O, hadisə haqqında məlumatlı olmadığını bildirib: "Marneulidə müxtəlif versiyalar yayılıb. Onların təbii qazdan zəhərləndikləri və öldürüldüyü barədə xəbərlər var".

Məlumata görə, ölən Marneuli sakinlərinin meiləri hazırda ekspertizadan keçirilir və sonra onlar Marneuliyə göndəriləcək


Teqlər:





Xəbər lenti