NATO Rusiyaya xəbərdarlıq etdi

NATO Rusiyaya xəbərdarlıq etdi
  31 Yanvar 2016    Oxunub:2089
Türkiyənin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Rusiya təyyarəsi yanvarın 29-da Türkiyənin hava məkanını pozub.
Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberqin bəyanatında deyilir.

`Mən Rusiyanı məsuliyyətli hərəkət etməyə və NATO-nun hava məkanına tam hörmətlə yanaşmağa çağırıram. Rusiya bütün lazımi tədbirləri görməlidir ki, belə pozuntular təkrar olmasın`,- deyə bəyanatda qeyd edilib.

Bildirilib ki, NATO Türkiyənin ərazi bütövlüyünü dəstəkləyir.

AzVision.az


Teqlər:  





Xəbər lenti