Davudoğlu Rusiyanı hədələdi: `Xəbərdarlıq edirəm...`

Davudoğlu Rusiyanı hədələdi: `Xəbərdarlıq edirəm...`
  01 Fevral 2016    Oxunub:2368
`Rusiya bütün ölkələrin, həmçinin Türkiyənin hava sərhədlərinə hörmət etməlidir`
AzVision.az xəbər verir ki, bunu Səudiyyə-Ərəbistanında səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

“Rusiya qırıcısı sərhədlərimizi pozub. Məlumatlar gəldikdən sonra prezidentlə müşavirə keçirdik. Rusiya səfiri məsələ ilə əlaqədar XİN-ə çağırıldı. Rusiyanın sərhədlərimizi pozmasını gizlətməsi mümkün deyil. Rusiya Suriyada müxalifləri bombalayır. Rusiyaya növbəti dəfə xəbərdarlıq edirəm. Rusiya bütün ölkələrin sərhədlərinə hörmət göstərmək məcburiyyətindədir”, – Davudoğlu bildirib.

Qeyd edək ki, dünən günorta saatlarında Rusiya Hərbi Hava Qüvvələrinə aid Su-34 təyyarəsi Türkiyənin hava sərhədini pozub.

AzVision.az


Teqlər:  





Xəbər lenti