Soros Klinton üçün 6 milyon ianə ayırıb

Soros Klinton üçün 6 milyon ianə ayırıb
  01 Fevral 2016    Oxunub:1845
Amerikalı milyarder Corc Soros, ABŞ-da prezidentliyə namizəd, sabiq dövlət katibi Hillari Klintonun prezident kampaniyası üçün 6 milyon dollar ianə ayırıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, Corc Soros Klintonun kampaniyasını dəstəkləmək üçün bu vəsaiti keçən ilin dekabrında ayırıb.

“Forbes”in məlumatına görə, sərvəti 25 milyard dollardan ibarət olan Soros 2008-ci ildə, o zaman senator Barak Obamanın prezident ambisiyalarını dəstəkləmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti