2297 jurnalist qətlə yetirilib – Dəhşətli statistika

  01 Fevral 2016    Oxunub : 1492
2297 jurnalist qətlə yetirilib – Dəhşətli statistika
Son 25 ildə dünyada müharibələri, inqilabları, qətl və korrupsiya hallarını işıqlandıran 2297 jurnalist qətlə yetirilib.
Bu barədə AzVision.az `The Independent`-ə istinadən xəbər verir.

Beynəlxalq Jurnalistika Federasiyasının hesabatına əsasən jurnalistlilərlə bağlı vəziyyət ildən ilə pisləşir. Belə ki, əgər 1990-cı ildə 40 qətli hadisəsi qeydə alınmışdısa, 2010-cu ildən etibarən bu göstərici ildə 100 nəfər rəqəmindən aşağı düşmür. Hesabatda qeyd olunur ki, 2006-cı il bu statistika baxımından ən pis il olub. Həmin il 155 jurnalist qətlə yetirilib.

Hesabatı şərh edən Beynəlxalq Jurnalistika Federasiyasının baş katibi Entoni Bellencer bəyan edib ki, jurnalistin ölümü ilə nəticələnən 10 hadisədən biri yalnız araşdırılır. O, cinayətkarları qoruyan cəzasızlıq hallarının aradan qaldırılmasını tələb edib.

Jurnalistlər üçün ən təhlükəli ölkə İraqdır. Belə ki, son 25 ildə İraqda 309 nəfər ölüb. İkinci və üçüncü pillədə qərarlaşan Filippin və Meksikada müvafiq olaraq 146 və 120 jurnalist öldürülüb.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: