Kabildə daha bir terror - 10 ölü, 20 yaralı

Kabildə daha bir terror - 10 ölü, 20 yaralı
  01 Fevral 2016    Oxunub:1825
Əfqanıstanın paytaxtı Kabildə dəhşətli terror aktı törədilib.
AzVision.az `Reuters`-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ölüb, 20 nəfər yaralanıb.

Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir. Polis faktla bağlı araşdırmalara başlayıb. Hələlik heç bir qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.

Qeyd edək ki, daha əvvəl Kabildə yerləşən parlament binası yaxınlığında da terror aktı törədilmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti