İŞİD də döyüşçülərin maaşını azaltdı - 3 dəfə

İŞİD də döyüşçülərin maaşını azaltdı - 3 dəfə
  01 Fevral 2016    Oxunub:7191
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının rəhbərliyi neft satışından əldə olunan gəlirlərin azalması ilə əlaqədar yaraqlıların əmək haqlarını azaldıb.
AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

“Neftin qanunsuz satışından əldə olunan gəlirlərin azalması ilə əlaqədar ötən həftə İŞİD rəhbərliyi yaraqlıların əmək haqqının üç dəfə azaldılması barədə qərar qəbul edib. Bununla da, təşkilatın sıralarına yeni döyüşçülərin cəlb olunması məsələsində problemlər yaranıb”, - deyə, Konaşenkov vurğulayıb.

O, qeyd edib ki, Rusiya aviasiyasının terrorçulara aviazərbələr endirməsi nəticəsində onların qanunsuz neft ticarətinə ciddi zərbə vurub.

Konaşenov, həmçinin qeyd edib ki, Rusiya Hərbi Kosmik Qüvvələrinin aviazərbələri terrorçuların Deyr-əz-Zor şəhərinə hücumunun qarşısını alıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti