Gürcüstana gedən azərbaycanlıların sayı açıqlandı

Gürcüstana gedən azərbaycanlıların sayı açıqlandı
  01 Fevral 2016    Oxunub:3262
2016-ci ilin yanvar ayında Gürcüstana 116,3 min turist səfər edib ki, bu isə keçən ilin analoji dövrü ilə müqayisədə 4,3% çoxdur.
AzVision.az-ın məlumatına görə, bu barədə Gürcüstan DİN-in yaydığı məlumatda bildirilir.
Gürcüstana səfər edən xarici ölkə vətəndaşları arasında ilk pilləni Azərbaycan vətəndaşları tutur. Belə ki, 2016-cı ilin yanvar ayında Gürcüstana 107,8 min insan səfər edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 16% çoxdur.

İkinci pillədə Türkiyə vətəndaşları qərarlaşıb. Yanvar ayında Gürcüstana 80 min türk səfər edib.

Gürcüstana ən çox səfər edənlər arasında üçüncü pilləni ermənilər tutub. Belə ki, ilin əvvəlindın 58,9 min erməni Gürcüstana səfər edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti