Türkiyə Rusiyaya qadağa qoydu

Türkiyə Rusiyaya qadağa qoydu
  02 Fevral 2016    Oxunub:2384
Rusiyaya məxsus yük avtomobillərinin Türkiyə ərazisindən keçməsi qadağan edilib.
Bu barədə Rusiya Beynəlxalq Avtomobil Yükdaşıma Assosiasiyasının məlumatında deyilir.

Bildirilir ki, buna səbəb Türkiyənin 2015-ci il üçün verdiyi icazənin müddətinin bitməsidir: “Hələ də Türkiyə tərəfindən 2016-cı ildə yükdaşımalara aid icazə sənədi daxil olmayıb. Hazırda Rusiya Nəqliyyat Nazirliyi məsələnin həlli üçün çalışır. Türkiyə tərəfinə məsələ ilə bağlı yenidən müraciət göndərilib”. (Apa)


Teqlər:  





Xəbər lenti