Azərbaycandan gedən erməni ailə həbs olundu

Azərbaycandan gedən erməni ailə həbs olundu
  02 Fevral 2016    Oxunub:3357
Azərbaycanın Ermənistana təhvil verdiyi Qevorkyanlar ailəsi həbs edilib.
AzVision.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, ailənin başçısı Eqiş Qevarkyana qarşı açlımış cinayət işi yekunlaşıb. Ona beş il iş veriblər.
Bundan başqa Yeqiş Gevorkyanın həyat yoldaşı Ruzanna Gevorkyan isə 3 il azadlıqdan məhrum edilib. Hər ikisi bir il sınaq məqsədilə şərti azadlığa buraxılıblar.

Qeyd edək ki, Qevorkyanlar ailəsi dekabnrın 12-də Ermənistana təhvil verilib.

Məlum olduğu kimi, ailənin başçısı Y.Gevorkyan Azərbaycan Respublikasının ərazisinə vətəndaşı olduğu ölkədə təqiblərə məruz qaldığı üçün “Yeraz” markalı maşınla Ermənistan Respublikasının Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası ilə sərhəd ərazisini Ermənistan hərbçilərinin intensiv atəşi altında özünün və ailəsinin həyatını riskə ataraq keçmişdi.

Y.Gevorkyan və həyat yoldaşı R.Mardanyan ailəsi ilə birlikdə Azərbaycana keçdikləri gün - 2010-cu il yanvarın 10-da Ermənistana qayıtmaqdan imtina etmiş, üçüncü ölkəyə göndərilmələri barədə Azərbaycan hökumətinə yazılı müraciət ünvanlayıblar.

Prosedura uyğun olaraq onların müraciəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyinə göndərilmiş və bu qurum tərəfindən ailəyə qaçqın statusu verilərək göndərilmələri üçün ölkənin müəyyənləşdirməsi işinə başlanmışdır. Lakin 5 ilə yaxın müddət keçməsinə baxmayaraq, erməni ailəsini qəbul edəcək ölkə tapılmamış və nəhayət onlar aid olduqları ölkəyə qayıtmaq barədə qərar verilib.

Gevorkyanların Azərbaycanda saxlandıqları müddət ərzində Ermənistan Respublikası öz vətəndaşlarının geri qaytarılması üçün bir dəfə də olsun beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmayıb, hətta azyaşlı uşaqların da taleyi ilə maraqlanmayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti