TANAP-ın tikintisi dayandırıldı

TANAP-ın tikintisi dayandırıldı
  02 Fevral 2016    Oxunub:2749
TANAP-ın Türkiyə hissəsində tikinti işləri müvəqqəti dayandırılıb.
AzVision.az xəbər verir ki, buna səbəb boruların yerləşdiriləcəyi ərazidə tarixi abidələrin aşkar olunmasıdır.

Belə ki, Ankara şəhərinin Gölbaşı rayonunun Dikilitaş məhəlləsində boruların yerləşdiriləcəyi tuneldə qazıntılar aparılarkən Roma İmperiyası dövrünə aid yeraltı otaqlar aşkar olunub.

Hazırda ərazidə arxeoloqlar qazıntı aparırır. İlkin ehtimala görə, ərazidə 4 otaq mövcuddur.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti