Papa aktyorluğa başlayır – `Günəşin o biri üzü`

Papa aktyorluğa başlayır – `Günəşin o biri üzü`
  02 Fevral 2016    Oxunub:2230
Roma Papası Fransisk “Günəşin o biri üzü” (Beyond the Sun) ailəvi macəra filminə çəkiləcək.
Bu barədə AzVision.az `Variety`yə istinadən xəbər verir.

Qeyd edək ki, katolik kilsəsinin rəhbəri ilk dəfə bədii filmdə rol alacaq. Filmin çəkilişlərinə 2016-cı ilin birinci yarısında başlanılacaq.

Nəşr vurğulayır ki, Papa Fransisk özü rejissorlardan İsa peyğəmbərin nəsihətlərini uşaqlara anlatmağa yardım edəcək film yaratmağı xahiş edib. Layihənin əsasında `Əhdi-Cədid` dayanır. Ssenarist Qrasiel Rodriqezin fikrincə, uşaqlar filmdə apostolları simvolizə edəcəklər.

Filmin nümayişindən əldə olunan gəlirlərin xeyriyyə məqsədilə istifadə olunacağı bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti