BP 4 min nəfəri işdən çıxaracaq

BP 4 min nəfəri işdən çıxaracaq
  02 Fevral 2016    Oxunub:3856
Böyük Britaniyanın BP şirkətinin 2015-ci ildə gəliri 5,9 mlrd. dollar təşkil edib ki, bu da 2014-cü ilə (12,1 mlrd. dollar) nisbətən 51% azdır.
AzVision.az xəbər verir ki, buna dünya bazarında neftin orta qiymətinin 10 illik minimumu yeniləməsi səbəb olub. Bundan başqa ötən ilin IV rübündə BP şirkətinin gəlirləri 91% azalıb.

"Bloomberg" agentliyi bildirib ki, bu il BP neft bazarındakı qeyri-stabilik səbəbindən 4 min işçisini ixtisar edəcək. Növbəti ilin sonuna kimi isə bu rəqəm 3 min təşkil edəcək.


Teqlər:  





Xəbər lenti