`Türkiyənin bizə şərt qoyması qəribədir` - Erməni nazir

`Türkiyənin bizə şərt qoyması qəribədir` - Erməni nazir
  02 Fevral 2016    Oxunub:3362
Türkiyənin Qarabağ məsələsilə bağlı mövqeyində heç bir dəyişiklik yoxdur.
AzVision.az News.am`-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib.

Türkiyə rəsmilərinin Qarabağ problemi həll olunmadan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasının mümkün olmaması barədə fikrilərinə münasibət bildirən nazir qeyd edib ki, Ermənistanın yox, Osmanlı imperiyasının varisi olan Türkiyənin şərt qoyması qəribədir.

Nalbandyan, həmçinin Türkiyə tərəfinin başqa ölkələrlə olan problemlərə də bu cür məntiqlə yanaşdığını vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti