Nalbandyandan həmsədrlərlə bağlı gözlənilməz etiraf

Nalbandyandan həmsədrlərlə bağlı gözlənilməz etiraf
  02 Fevral 2016    Oxunub:3876
ATƏT-in Minsk qrupunun həmsədrlərinin AŞPA-da səsverməyə çıxarılan qətnamələrlə bağlı mövqeyi heç kim üçün gözlənilməz deyildi.

AzVision.az xəbər verir ki, bu barədə İrəvanda keçirdiyi mətbuat konfransında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib.

Erməni nazir xatırladıb ki, Minsk qrupu beynəlxalq birliyin mandatına malik yeganə formatdır: “Həmsədrlər bu məsələ ilə bağlı dəfələrlə öz mövqelərini səsləndiriblər. Onların fikrincə, danışıqların başqa formata keçirilməsi nəinki prosesə mane ola bilər, hətta münaqişənin həllinə zərbə vura bilər. Belə bir bəyanat AŞPA-nın iclası ərəfəsində də səsləndirilmişdi”, - deyə nazir qeyd edib.

Nalbandyan həmsədrlərin mövqeyinin Ermənistanla üst-üstə düşdüyünü etiraf edib.

Erməni nazir açıqlamasında həmsədrlərin İrəvana dəstək verdiyini etiraf edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti