Fransa Ermənistana silah satdığını inkar edir

Fransa Ermənistana silah satdığını inkar edir
  02 Fevral 2016    Oxunub:1846
Fransanın Azərbaycandakı səfirliyi Ermənistana silah satışı ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibətini açıqlayıb.
Səfirlikdən AzVision.az-a verilən məlumatda bildirilir ki, Fransa Dağlıq Qarabağ münaqişəsi tərəflərinin heç birinə silah ixrac etmir.

“Fransa tərəflərdən heç birinə silah ixrac etmir. Bununla belə, üçüncü ölkələrə göndərilən silahların silah embarqosuna zidd olaraq yenidən ixrac olunmayacağını təsdiq etmək üçün son istifadəçi şəhadətnaməsi (end-user certificate) tələb etmirik”, - deyə səfirlikdən bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Fransa və Böyük Britaniya istehsalı olan “PGM Mini-Hecate” və “Arctic Warfare.338 LM” snayper tüfənglərdən istifadə etməsini əks etdirən foto və məlumatlar yer alıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti