`Neftin qiyməti uzun müddət aşağı olacaq` – BP rəhbəri

`Neftin qiyməti uzun müddət aşağı olacaq` – BP rəhbəri
  02 Fevral 2016    Oxunub:10415
Böyük Britaniyanın energetika şirkəti BP-nin baş direktoru Bob Dadli hesab edir ki, OPEK və digər istehsalçılar `qara qızıl`ın qiymətinin artırılması üçün neft hasilatını azaltmalıdır.
AzVision.az xəbər verir ki, bu barədə Dadli `Bloomberg` agentliyinə müsahibəsində bildirib.

“Düşünmürəm ki, bu baş verəcək”, - deyə Dadli vurğulayıb.

Rusiyanın neft hasilatını azaltmaq ehtimalı barədə yayılan xəbərləri `BP` rəhbəri belə şərh edib: “Mən buna əmin deyiləm. Böyük ehtimalla hasilat eyni səviyyədə qalacaq. Maksimum hasilat 1-2% aşağı endirilə bilər. Lakin mən ABŞ-da neft hasilatının aşağı düşdüyünü görürəm və hesab edirəm ki, bu ilin aprel ayında ötən illə müqayisədə bir gündə bir milyon barel neft az əldə edəcəyik”.

Dadli neftin hazırki qiymətinin ilin sonuna qədər bu səviyyədə qalacağına inanmır: “Hesab edirəm ki, ilin birinci və ikinci rübündə İran neftinin anbarlardan satışa çıxarılması ilə neft qiymətlərində dəyişikliklər baş verə bilər, lakin ilin üçüncü və dördüncü rübündə biz neftə olan tələbatın artmasının şahidi olacağıq. Dünyada bir gündə 93 milyon barel neft hasil edilir. Söhbət bir milyon barel artıq neftdən gedir. Bu artıqlıq ilin sonuna qədər aradan qaldırılmalıdır”.

Onun sözlərinə görə, 2016-cı ilin ilk rübündə neft qiymətləri böyük ehtimalla bir il əvvəl qalan analoji göstəricidən az olacaq. Dadli vurğulayıb ki, aşağı neft qiymətləri `uzun müddət, lakin həmişəlik aşağı olmayacaq”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti