Ruhani Rusiya ilə Türkiyəni barışdırmaq istəyir
“Bizim həm Rusiya, həm də Türkiyə ilə gözəl münasibətlərimiz var. Bu iki ölkənin münasibətlərində böhranın yaranmasına təəssüflənirik. Yaşanan gərginliyin azaldılması üçün əlimizdən gələni etməliyik”, - deyə Ruhani qeyd edib.
“Gərginliyin daha da dərinləşməsi nə Rusiyanın, nə də Türkiyənin maraqlarına cavab vermir”, - deyə İran prezidenti əlavə edib.
Eldar Tanrıverdiyev
AzVision.az