Erməni biznesmenlər güllələndi: 2 ölü, 3 yaralı

Erməni biznesmenlər güllələndi: 2 ölü, 3 yaralı
  03 Fevral 2016    Oxunub:8730
Rusiyanın Leninqrad vilayətinin Şlisselburq şəhərində baş verən atışma nəticəsində iki erməni öldürülüb, üç nəfər isə ağır yaralanıb.
AzVision.az `Novosti-Armeniyaya` istinadən xəbər verir ki, insident yanvarın 31-də saat 20:00 radələrində baş verib.

Hadisədən əvvəl avtoservisə “Mercedes” markalı qara avtomobil daxil olub. Maşından qafqazlı olduğu iddia edilən 5 nəfər düşərək avtoservisdə olanları güllələyib.

Onlardan biri hadisə yerində ölüb. Hadisə nəticəsində avtoservisə hücum edən şəxslərdən biri yaralanıb.

Atışmada yaralanan daha bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Ölənlərin şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, yaralanan və ölən şəxslər Ermənistan vətəndaşlarıdır.

Ümumilikdə, atışmada 10-a yaxın şəxs iştirak edib. Yaralı ermənilərin Rusiyada bizneslə məşğul olduqları bildirilir.

Hadisənin səbəbi hələlik məlum deyil. Polis faktla bağlı araşdırma aparır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti