Stiven Houkinqdən sensasion nəzəriyyə

Stiven Houkinqdən sensasion nəzəriyyə
  03 Fevral 2016    Oxunub:16592
Britaniyalı astrofizik Stiven Houkinq bəyan edib ki, gələcəkdə dünya ölkələri qara dəlik və onların analoqlarından qeyri-məhdud miqdarda enerji ala biləcək.
AzVision.az xəbər verir ki, bu barədə alim “BBC”-nin proqramında bəyan edib.

Houkinqin fikrincə, bəşəriyyət simlər nəzəriyyəsinə əsasən insanlar üçün görünməz ölçüsündə yaşaya bilən mikroskopik qara dəliklər yarada biləcək.

“Günəş kütləsində olan qara dəlik aşağı sürətlə Houkinq şüasının hissəciklərini hasil edəcək ki, bunu da faktiki olaraq qeydə almaq mümkün deyil. Lakin əgər onu dağ ölçüsünə salmaq mümkün olsa, onda qara dəlik təxminən 10 milyon meqavat həcmində rentgen və qamma şüalanma hasil edə bilər ki, bu da bütün dünyada olan elektrik əşyalarının elektriklə təmin olunması üçün kifayətdir”, - deyə Houkinq bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti