Həmsədrlər yenə gəlirlər

Həmsədrlər yenə gəlirlər
  03 Fevral 2016    Oxunub:1424
ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın gələcəkdə regiona səfər edəcəklər.
AzVision.az xəbər verir ki, bunu Trend-ə amerikalı həmsədr Ceyms Uorlik deyib.

Onun sözlərinə görə, qarşıdakı səfər zamanı Azərbaycan və Ermənistan prezidentlərinin İsveçrədə keçirilmiş görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə atılacaq növbəti addımlar müzakirə olunacaq: "Biz inanırıq ki, bu cür dialoq davamlı sülhün əldə edilməsi üçün lazımdır".

Qeyd edək ki, ötən il dekabrın 19-da Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçirilmişdi. Görüşdə iki ölkənin xarici işlər nazirləri, eləcə də Minsk qrupunun həmsədrləri iştirak etmişdilər.

AzVision.az


Teqlər:





Xəbər lenti