Türkiyə yenə şəhid verdi

Türkiyə yenə şəhid verdi
  04 Fevral 2016    Oxunub:1425
PKK terrorçularına qarşı Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda həyata keçirilən əməliyyat zamanı bir polis şəhid olub.
Anadolu Agentliyinin məlumatına görə, Diyarbəkirin Sur rayonunda terrorçular tərəfindən qazılan xəndəklərin örtülməsi, barrikadaların götürülməsi və əl istehsalı olan partlayıcıların məhvi edilməsi məqsədilə küçəyə çıxma qadağasının tətbiq olunduğu Cevatpaşa, Fatihpaşa, Dabanoğlu, Söyüdlü, Camal Yılmaz və Müharibə məhəllələrində əməliyyatlar davam edir.

Əməliyyatlar zamanı terrorçuların hücumu nəticəsində yaralanan polis nəfəri Diyarbəkir əsgər xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Bölgədə əməliyyat davam etdirilir.


Teqlər:





Xəbər lenti