Rusiyada 6 bal gücündə zəlzələ oldu

Rusiyada 6 bal gücündə zəlzələ oldu
  04 Fevral 2016    Oxunub:1940
Rusiyanın İrkutsk vilayətində zəlzələ olub.
TASS agentliyinin məlumatına görə, zəlzələ Bakı vaxtı ilə saat 20.27 radələrində qeydə alınıb. Yeraltı təkanların episentri Baykal gölü akvatoriyasında yerləşib.

İrkutsk şəhərində zəlzələ 4-6, Buryatiyanın bir sıra yaşayış məntəqələrində isə 3 bal gücündə hiss olunub.

Dağıntı və zərərçəkən olmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti