Elton Con Trampa qadağa qoydu

Elton Con Trampa qadağa qoydu
  04 Fevral 2016    Oxunub:1999
Britaniyalı müğənni Elton Con ABŞ prezidentliyinə namizəd Donald Trampa seçkiqabağı mitinqlərdə onun musiqisindən istifadə etməyi qadağan edib.
Bu barədə AzVision.az `The Telegraph`a istinadən xəbər verir.

Elton Con 1972-ci ildə oxuduğu `Rocket Man`adlı mahnının mitinqlərdə səsləndirilməsinə icazə vermədiyini bəyan edib.

Qeyd edək ki, daha əvvəl Adel, R.E.M və Neil Young kimi ulduzlar da Trampa mitinqləri zamanı onların musiqisindən istifadə etməyi qadağan edib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti