ATƏT sədri Qarabağdan yazdı: `Narahatıq...`

ATƏT sədri Qarabağdan yazdı: `Narahatıq...`
  04 Fevral 2016    Oxunub:2058
“Ermənistan və Azərbaycan arasında təmas və sərhəd xəttində baş verən silahlı toqquşmalar narahatlıq doğurur”.
AzVision.az-ın xəbərinə görə, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer “The Huffington Post”da nəşr olunan “ATƏT Avropanın təhlükəsizliyi üçün niyə əvəzedilməzdir?” başlıqlı məqaləsində yazıb.

Ştaynmayer yazır ki, Dnestryanı, Dağlıq Qarabağ kimi münaqişələr bütün ATƏT məkanında çətinliklərə və durğunluğa gətirib çıxarır: “Biz atəşkəsi sabitləşdirmək, inam yaratmaq, kiçik, lakin əməli nəticələri olan addımlar ataraq, həmçinin iqtisadi mübadilələri genişləndirərək insanların gündəlik həyatlarını inkişaf etdirmək istəyirik. Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, təmas və sərhəd zolağında baş verən silahlı toqquşmalar narahatlığa səbəb olur. Almaniya ATƏT-in Minsk Qrupunun himayəsi ilə danışıqların intensivləşdirilməsinin tərəfdarıdır. Bununla bağlı ən mühüm addımlardan biri atəşkəs rejiminin pozulması ilə bağlı mexanizmin yaradılmasıdır”.

Ştaynmayer ATƏT-ə sədrlik edən dövlət kimi Almaniyanın qurum çərçivəsində konsensusun gücləndirilməsi istiqamətində çalışacağını da diqqətə çatdırıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti