Kaspşik 19-cu dəfə vəzifədə qaldı

Kaspşik 19-cu dəfə vəzifədə qaldı
  04 Fevral 2016    Oxunub:2157
ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, polşalı diplomat Anjey Kaspşik 19-cu dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub.
AzVision.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Anjey Kaspşikin mandatını bir il müddətinə uzadıb.

Anjey Kaspşik bu vəzifəni 1997-ci ilin yanvarından icra edir.

Bu il yanvarın 1-dən ATƏT-də sədrlik Serbiyadan Almaniyaya keçib. Almaniya Cənubi Qafqazda dialoq və sabitliyə nail olmağı sədrliyi dövrünün prioritetlərindən biri kimi göstərib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti