ABŞ-dan 20 Yanvar və Xocalı faciəsi ilə bağlı bəyanat
Azərbaycanın ABŞ-dakı səfirliyindən AzVision.az-a verilən xəbərə görə, konqresmen Peyn bəyanatında 1990-cı ilin 20 yanvar tarixində Sovet ordusunun dinc nümayiş keçirən mülki şəxslərə hücum etdiyini və nəticədə 130-dan çox insanın öz həyatını itirdiyini qeyd edib. O, həmçinin Azərbaycan torpağı olan Xocalıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə aralarında qadın və uşaqların da olduğu 600-dən çox insanın qətlə yetirildiyini bildirib.
Bəyanatda bu faciəvi tarixlərin anılması ilə bağlı Konqresin digər üzvlərini də çağırış əks olunub.
Konqresmen Peyn sonda Azərbaycanın strateji baxımdan əhəmiyyətli bölgədə ABŞ-ın güclü müttəfiqi olduğunu vurğulayıb.
AzVision.az
Teqlər: