Ollandın keçmiş arvadı nazir olacaq

Ollandın keçmiş arvadı nazir olacaq
  05 Fevral 2016    Oxunub:2083
Fransada fevralın 15-dək hökumət dəyişikliyi gözlənilir.
Xarici işlər naziri vəzifəsinə dövlət katibi Matiyas Feklin və keçmiş ədliyyə naziri Elizabet Giqunun adlarının hallanmasına baxmayaraq, yeni hökumətdə xarici işlər naziri Prezident Fransua Ollandın keçmiş həyat yoldaşı Seqolen Ruayalın olacağı gözlənilir.

Qərb KİV-lərində yer alan xəbərə görə, Seqolen Ruayal Prezident Fransua Ollandın bu vəzifə ilə bağlı təklifini qəbul edib.

Bundan əlavə kənd təsərrüfatı naziri Stefan Lö Folun vəzifədən uzaqlaşdırılacağı gözlənilir.

Matyas Fekl, Tyeri Mandon, Lorans Rosinyol və Aksel Lömer kimi bəzi dövlət katiblərini vəzifələrində yüksəliş gözləyir.

AzVision.az


Teqlər:





Xəbər lenti