`Türkiyə Rusiyaya meydan oxudu` - Sergey Lavrov

`Türkiyə Rusiyaya meydan oxudu` - Sergey Lavrov
  05 Fevral 2016    Oxunub:4441
“Bu günə qədər Türkiyə kökuməti nə üzr istədi, nə də yaşanan hadisəni kompensasiya etməyə cəhd göstərdi”
AzVision.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici İşlər naziri Sergey Lavrov deyib.

Lavrov Türkiyənin Rusiyaya meydan oxuduğunu diqqətə çatdırıb: “Bu cür hərəkətlərin rus-türk münasibətlərinə təsir etməsi qaçılmaz idi. Türkiyə etibarımızı ciddi şəkildə zədələdi. Nəticə etibarı ilə iki ölkə arasında iş birliyi bir çox sahədə dayandırıldı. Bu günə qədər isə qarşı tərəf rəhbərliyindən nə üzr, nə kompensasiya etmək cəhdləri, nə də günahkarları cəzalandırmaq istəyi gördük.

Rusiya dəfələrlə Türkiyədə terror təhlükəsinin böyüməsi və türk hökumətinin terrorla mübarizdə işbirliyi etməyə hazır olmaması səbəbi ilə duyduğu narahatlığı dilə gətirib.

Lakin bizim çağırışlarımıza rəğmən Ankara bölgədə fəaliyyət göstərən terror təşkilatlarına qatılmaq üçün Yaxın şərq və Şimali Afrikaya gedən vətəndaşların ələ keçirilməsi və Rusiya federrasiyasına təslim edilməsində işbirliyi etməkdən boyun qaçırır”, - deyə nazir bildirib.




Teqlər:





Xəbər lenti