Qarabağ münaqişəsi dondurulmayıb - ATƏT sədri

Qarabağ münaqişəsi dondurulmayıb - ATƏT sədri
  05 Fevral 2016    Oxunub:1849
`Təmas xətti və Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı toqquşmalar narahatlıq üçün əsas verir`.
AzVision.az-ın məlumatına görə, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer Ermənistanın “Mediamax” agentliyinə müsahibə zamanı bildirib.

Ştaynmayer bildirib k, Almaniya ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə gedən danışıqların intensivləşdirilməsini təbliğ edir: “Bunun üçün vacib addımlardan biri atəşkəs rejiminin pozulması hallarının araşdırılması mexanizminin yaradılmasıdır”.

ATƏT sədri Dağlıq Qarabağ münaqişəsinin “dondurulmuş” kimi göstərilməsini də qəbul etmədiyini vurğulayıb. Nazirin sözlərinə görə, münaqişə hər il davam edir, insanlar əziyyət çəkir və bu regiondakı durğunluğun səbəbkarıdır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti