Komitə sədrindən etiraf: `Problemlər var...`

Komitə sədrindən etiraf: `Problemlər var...`
  05 Fevral 2016    Oxunub:2413
`Azərbaycan hökuməti qadın və uşaqlarının hüquqlarının qorunmasını daim nəzarətdə saxlayır`.
AzVision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. Onun sözlərinə görə, ölkədə qadın və uşaqların hüquqlarının qorunması ilə bağlı böyük işlər həyata keçirilir: “Bizim komitə fəaliyyətə başladığı dövrdə Azərbaycanda 2-3 qadın təşkilatı var idi. Lakin çox qısa müddət ərzində onların sayı 200-ü ötdü. Bu, bizim apardığımız ardıcıl işin nəticəsində baş verdi. İlk vaxtlar ölkədə qadınlar bələdiyyə sisteminə belə maraq göstərmirdilər.

Ancaq hər bələdiyyə seçkisində qadınların iştirakı artan xətlə inkişaf edir. O cümlədən qadınlar icra hakimiyyətinə müraciət edə bilmirdilər. Daha çox kişiləri işə götürürdülər. Amma bu gün icra başçılarının müavinləri qadınlardır. Hətta Abşeron rayon İcra Hakimiyyətinin başçısı xanımdı­r”.

Azərbaycanda qadınların birləşdiyi, onların hüquqlarını müdafiə edən təşkilatların sayının artması Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin apardığı ardıcıl işin nəticəsidir H. Hüseynova bildirib ki, bu gün insanlarla görüşü­b, onların problemləri ilə maraqlanmaq l­azımdır: "Bəli, bu gün problemlər var. An­caq bu problemlər Prezident İlham Əliyev­ və onun komandasının siyasəti nəticəsin­də həll ediləcək".

Qeyd edək ki, bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasının 10 illiyi münasibəti ilə “Azərbaycanda Ailə, qadın və uşaq Siyasətinin inkişafı: 2006-2016-cı illər” mövzusunda tədbir keçirilib. Tədbirdə ölkə prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunan Dövlət Komitəsi əməkdaşlarına medallar təqdim olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti