Pakistanda qanlı terror - 9 ölü, 40 yaralı

Pakistanda qanlı terror - 9 ölü, 40 yaralı
  07 Fevral 2016    Oxunub:1884
Pakistanın Bəlucistan əyalətinin mərkəzi Kvetta şəhərində baş verən partlayış nəticəsində azı 9 nəfər həlak olub, 40 nəfər isə yaralanıb.

Partlayış dairə məhkəməsinin yaxınlığında sərhəd xidməti avtomobillərinin yanında kamikadze tərəfindən törədilib. Həlak olanların ikisi hərbçi, yeddisi mülki şəxslərdir. Yaralananların onunun hərbçi olduğu bildirilir.

Xatırladaq ki, yanvar ayında Kvetta şəhərində sərhəd xidmətinin avtomobilində törədilən partlayış nəticəsində beş nəfər həlak olmuşdu.


Teqlər:





Xəbər lenti