Şimali Koreya dünyanı qorxuya saldı

Şimali Koreya dünyanı qorxuya saldı
  07 Fevral 2016    Oxunub:3017
Şimali Koreya bu gün yerli vaxtla saat 09.01-də (Bakı vaxtı ilə 04.31-də) ölkənin qərb sahilində yerləşən “Soxe” kosmodromundan raket buraxılışı həyata keçirib.
Raketin buraxma anı Yaponiyanın Okinava adasında qeydə alınıb. Şimali Koreya rəsmiləri raket buraxılışının uğurla həyata keçirildiyini bəyan ediblər.

Pxenyanın bu planına qarşı Yaponiyanın müdafiə nazirliyindən xəbərdarlıq gəlib. Nazirlik bildirib ki, ölkə ərazisinə düşmə təhlükəsi olan istənilən obyekt məhv ediləcək.

BMT-nin baş katibi Pan Gi Mun “Kvanmönson-4” süni peykinin buraxılışını uğurla həyata keçirdiyini bəyan edən Koreya Xalq Demokratik Respublikasını (KXDR) təxribatçı əməlləri dayandırmağa və beynəlxalq ictimaiyyət qarşısındakı öhdəliklərinə əmək etməyə çağırıb. O bildirib ki, ballistik raket buraxılışının həyata keçirilməsi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması deməkdir.

Qeyd edək ki, KXDR-in raket buraxılışından sonra ABŞ, Cənubi Koreya və Yaponiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb ediblər. BMT Təhlükəsizlik Şurasının növbədən kənar toplantısı bu gün Bakı vaxtı ilə 20.00-a təyin olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti