Kim Çen In yeni nüvə sınağına hazırlaşır

Kim Çen In yeni nüvə sınağına hazırlaşır
  07 Fevral 2016    Oxunub:1367
Koreya Xalq Demokratik Respublikası beşinci nüvə silahı sınağını reallaşdırmağı planlaşdırır.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının Milli Kəşfiyyat Xidmətindən bildiriblər.

KXDR indiyədək 2006, 2009 və 2013-cü illərdə nüvə sınağını həyata keçirib. Bunula əlaqədar BMT, eləcə də ABŞ, Yaponiya və Cənubi Koreya ikitərəfli əsasda KXDR qarşı sansksiyalar tətbiq edib.

Qeyd edək ki, KXDR yanvarın 6-da hidrogen bombasını, bu gün isə növbəti ballistik raketi sınaqdan keçirib.

BMT-nin baş katibi Pan Gi Mun “Kvanmönson-4” süni peykinin buraxılışını uğurla həyata keçirdiyini bəyan edən Koreya Xalq Demokratik Respublikasını (KXDR) təxribatçı əməlləri dayandırmağa və beynəlxalq ictimaiyyət qarşısındakı öhdəliklərinə əmək etməyə çağırıb. O bildirib ki, ballistik raket buraxılışının həyata keçirilməsi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması deməkdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti